Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Niyə “sürücü” əvəzinə “şofer”, “dayanacaq” əvəzinə “astanovka” deyirik?

27-09-2019, 12:40
Ana Səhifə » Aktual » Niyə “sürücü” əvəzinə “şofer”, “dayanacaq” əvəzinə “astanovka” deyirik?
Niyə “sürücü” əvəzinə “şofer”, “dayanacaq” əvəzinə “astanovka” deyirik? Ria24.az Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir qismi alınma sözlərdir. Bu sözlər müəyyən tarixi faktorlar, məkan və zaman münasibəti ilə əlaqədar müxtəlif dillərdən alınıb. Belə sözlər öz tarixiliyi etibarilə Qafqaz dillərindən, ərəb, fars, rus dilləri vasitəsi ilə dilimizə keçib.
Alınma sözlərin çoxluğu dildə bəzən ağırlıq da yaradır. Bəzən alınma sözlərin dildə olan ağırlığını onların alınma sinonimləri də yaradır. Məsələn, "vertolyot" sözünə sinonim kimi "helikopter" ifadəsi, "maşın" sözünə "avtomobil" və s. dilə ağırlıq gətirir. Ümumiyyətlə, dilimizdəki alınma sözlərə milli mənşəli sinonim tapılırmı? Məsələn, son 10 ildə nə qədər milli mənşəli söz yaradılıb?
Mövzuyla bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Modern.az-a açıqlama verib.
“Birinci onu qeyd edim ki, dil öz daxili imkanları hesabına zənginləşir. Əgər söz yaradıcılığı prosesi baş vermirsə, o dil məhvə doğru gedir. Azərbaycan dili nəinki son 10 ildə, tarix boyu öz imkanları hesabına yeni sözlər yaradıb və bu sözlərin hesabına inkişaf edib. Çünki Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir və dilimizdə sonsuz lüğəvi şəkilçilər var. Bu şəkilçilərin sözlərə artırılması ilə yeni sözlər yaranıb. Buna təkcə məişətdə istifadə olunan sözlər deyil, elm və texnikanın inkişafı ilə əlaqədar yeni yaranan sözlər də daxildir. Lakin alınma sözlərin işlənməsi təbii prosesdir. Ölkədə inkişaf, qloballaşma gedirsə, təbii ki, bu qloballaşmayla bağlı biz o terminləri işlətməliyik. Bu, təkcə ümumişlək sözlərə aid deyil. Alınmaların çoxu elmin, texnikanın, mədəniyyətin inkişafı ilə yaranır. Əgər bu gün kompüterin inkişafı bütün dünyada diqqəti cəlb edirsə və kompüter leksikası yaranırsa, əlbəttə, kompüter harada yaranıbsa, həmin ölkənin sözləri alınma söz kimi dilimizə keçir. Məsələn, kompüter, sayt, internet, informasiya kimi sözlər alınma sözlərdir. İnformasiya ilə bağlı bizdə lüğət tərtib olunub, həmin lüğətdə 5200 söz öz əksini tapıb. Ancaq onun 3800-ü dilin daxili imkanları hesabına yaranan sözlərdir, müəyyən bir hissəsi də alınmadır.
Sayalı Sadıqova bildirib ki, dilə o zaman ağırlıq gəlir ki, qarşılığı olan sözlərin alınmasını işlədirik.
“Məsələn, məişətdə “sürücü” əvəzinə “şofer”, “dayanacaq” əvəzinə “astanovka” sözləri işlədilir. Təbii ki, zəruri alınma sözlər var ki, onlar işlənməlidir. Lakin “soyuducu” sözüylə “xaladelnik” sözünü yanaşı işlədirik. Əlbəttə, bunlar dili korlayır.

Mən tək informasiyayla bağlı yaranan sözlərdən danışdım. Aviasiyayla bağlı yaranan terminlər lüğətində 20 mindən çox söz var. Lakin statistik məlumata görə, o 20 min sözü hesablasan, 60-70 %-i dilin daxili imkanları hesabına yaranan sözlərdir. Alınma sözlərin qarşılığını yaratmaq mümkün olursa, o sözlər yaranır. Məsələn, son dönəmlərdə “aşkarlanma”, “yenidənqurma”, “yetərsay” və daha minlərlə yeni söz yaranıb”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up