Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Şou yoxsa tərbiyəsizlik?-ARAŞDIRMA

26-11-2018, 17:15
Ana Səhifə » Araşdırma » Şou yoxsa tərbiyəsizlik?-ARAŞDIRMA
Şou yoxsa tərbiyəsizlik?-ARAŞDIRMA Ria24.az Bunu ora kim çağırır?-Şou yoxsa tərbiyyəsizlik?
Bir çox insanlar mənə yazır ki, niyə bu adamın qarşısını almırsan? Axı səni verilişdə təhqir etdi? Dostlarım qınadı məni ki,bu kimdir, hardan peyda olub?Niyə axı O,qonaq olan verilişə sən gedib özünü gözdən salırsan?Əslində haqlısınız!Bu yazımla hamısına aydınlıq gətirəcəm.
Mən niyə "El Bizim Sirr Bizim" verilişinə getdim?
Düzü Space Televiziyası mənə doğma və əzizdir.Hər ora gedəndə özümü doğma evimdəki kimi hiss edirəm.Qaldı ki,məhz Elçin Əlibəylinin aparıcısı olduğu verilişə üz tutmağımın səbəbi Elçin müəllim peşakardır,işini bilən və hər hansı bir layihədə imzası olursa bu layihə çox uğurlu və tutarlı olur.Mən özüm müraciət etmişəm ki,Elçin bəy xahiş edirəm məni də dəvət edin verilişinizə.Həm özümün tanınmağım üçün, həm də professionalın proqramında qonaq olmaq necə deyərlər "Qala üstündən qala" idi mənim üçün.
Bəs Elçin Əlibəyli hər qonaq olanda niyə məni hədəf seçirdi? Mənim üçün də qaranlıq qalıb məhz niyə mən?Bəlkə Elçin Əlibəyliyə kimsə məni səhv tanıdıb?Mənim bir insan kimi Elçin bəyə olan hörmətimi asılılıq və ehtiyac kimi düşünüb?
Əgər elədirsə çox heyif, ziyalı hörməti qarşılıqlı olmalı,veriliş bu gün var sabah yoxdur.Amma hamı bilir ki,mən düz dostluğa və qardaşlığa sadiqəm.Düzdür Elçin Əlibəyli məni öz proqramına təmənnasız dəvət edirdi var olsun.Bir jurnalist kimi tanınmağımda əziyyəti böyükdür amma, məni özünü tanımayan,səfirlikləri aldadıb tədbir keçirib pul alan, həyatda heç bir mövqeyi,çəkisi olmayan, bu verilişə qarşı kin, aqressiya oyadan bir insanla üzbə-üz oturdub, küçə jarqonları ilə üstümə ağır təhqirlə hücum çəkən,öz xanımlığına hörmət etməyən (hətta üzümə durur ki "sən mənim padruqalarıma eşq elan edibsən". Elə bil hər gün yanımda olur), əgər boynuma almasam kimlərisə üzümə durğuzacağı ilə hədələyən Ramilə Sultan kimisi ilə dalaşdırıb özü də gülümsəyərək baxması mənə heç cür çatmadı.
Ramilə Sultanı kimiləri niyə söz sahibi edirik?
"El Bizim Sirr Bizim" verilişində çox savadlı insanlar tərəfindən əsl ziyalı kimi qəbul olunan qonaqlar çoxdur.Sadəcə biz Ramilə Sultan kimi özünə hörmət qoymayan,küçə söhbətlərini verilişdə edən,bir-iki səfir diplomatları aldadıb özünü onlara karıfey kimi təqdim edib sözsüz ki,pul qarşılığında onlara tədbir edib,(əgər tədbir demək olarsa?!)biraz da bu verilişlərdə şüvənlik salıb şou yaradıb populyar olmaq istəyənləri başqa ziyalı,savadlı insanların gözünə qatıb xalqa yedirtmək ən azı günah sayılır.Biz gələcək nəsilə -niyə qızlarımıza övladlarımıza, Ramilə Sultan kimi olmağı aşılayaq? Mənim fikirimcə Elçin Əlibəyli bu barədə düşünməlidir, çünki cəmiyyətin sağlam yaşaması övladlarımızın namuslu böyüməsi üçün çalışmaq hər bir insanın üzərinə düşür.

Ramilə Sultanı bu verilişə kim dəvət edib? Dəfələrlə bu barədə Elçin müəllimlə ikilikdə söhbətimiz olub.Demişəm ki,ay Elçin müəllim sizin adınız- sanınız var, bunu kimilərin sənin verilişində nə işi?Elçin müəllim cavabında bildirib ki,onu mən yox verilişin redaktoru Nərmin xanım dəvət edib.Nərmin xanıma ayrıca sual verəndə isə yenə də Elçin Əlibəylinin üstünə atıb.

Kimdə nə yoxdursa ondan danışır.
Artıq bu adət halını alıb.Sağlam ailəsi olmayan ailədən danışır,vicdanı olmayan vicdandan danışır,namusu olmayan insanlara namus dərsi keçir.Bizim ən böyük bəlamız bu.Ramilə Sultanın itirəcək bir işi yoxdu,onun üçün də ailəli bir insanı veriliş boyu təhqir etməkdən dəfələrlə çəkinməyib.Bir başa şantaj yolu ilə öz rəfiqələrinin bəzilərini şahid göstərərək səs yazısı ilə məni sevinə- sevinə təhdid edirdi. Məncə Ramilə Sultanın itirəcəyi bir iş bəzi onun fitnəsinə aldanıb onu tanımayan,(özünün dediyinə görə)evlərinə belə rahat gedib, gələn bir-iki nəfər səfir dostlarıdır.Çünki onları da itirsə bu adam ac qalacaq.Yenə də itirməyini istəmirik.Amma maraqlısı odur ki,həmin veriliş efirə getdikdən sonra çoxdan tanıdığım hörmətim olan jurnalist dostlarımı belə üstümə qaldırmaq istəyirdi.Hansı ki,mən heç vaxt əsl qələm əhlini və jurnalisti heç kəsin ayağına verməmişəm.

Bəs xarici ölkələrin səfirlərinin bəziləri,nə yaxşı öz tədbirlərini Ramilə Sultana etibar edib?Aldanıblar?
Bu sualı yaxın günlərdə həmin səfirlərin özlərinə verəcəyik, sizləri də Xəbəral.az saytı vasitəsi ilə məlumatlandıracağıq.Amma keçək əsas məsələyə.Azərbaycanda Cənab prezident İlham Əliyevin səyi nəticəsində Xarici ölkələrlə geniş əlaqələr qurulur, həm siyasi, həm iqtisadi,həm də humanitar sahələrdə diasporalarımızln köməkliyi ilə əlverişli, ölkəmizin xeyirinə olan layihələr formalaşdırılır.Diasporalarımız isə bu işlərin sürətlənməsi üçün olduqca gözəl işləyib Azərbaycanın çiçəklənməsi üçün əllərindən gələni əsirgəmirlər.Bəs Ramilə Sultan kimilər şəxsi biznes məqsədləri ilə nəyə görə görülən işləri, keçiriləcək tədbirləri qeyri -peşakar aparıb, bu uğurlu inkişafa kölgə salmaq məqsədləri güdürlər?Bunların qarşısı alınmalı, bu işə ixtisaslı diplomatlar cəlb olunmalıdır.Bu cür ortada gəzənlər yığışdırılmalıdılar.İnanırıq ki,istər Hindistanın ölkəmizdəki səfiri istər İndoneziya səfirlikləri bir daha Ramilə Sultan kimiləri qapının kəndarından belə buraxmayacaqlar.
Bu adam Elçin Əlibəylinin adına və imicinə xələl gətirir. Ümüd varıq ki,Elçin Əlibəyli imzası bundan sonra da hər birimizin zövqüncə olacaq,insanlara cəmiyyətdə öz mövqeyi olanlar, əsl ziyalılar,maarifləndirici fikirlər söyləyəcəklər.İnandırım sizi Ramilə Sultanın kənardan Space TV-yə daxil olmasını görsəz dəqiq hiss edərsiniz ki,bu insanları hay-küylə şantaj edir, yalançı şoulara can atır(daha yaxşı bilirsiniz) və bir maşından 6 nəfər tökülərək "ganlarım"sız deyə-deyə qruplaşmalara yol açıb layihə rəhbərlərinə psixoloji təsir edə bilir.Layihə rəhbəri də kənardan baxır ki,"hörmətli xanım"gəlir.Fikirləşmir ki,"Elin gözü tərəzidir",millət ağı -qaradan daha yaxşı seçir.Hərənin öz işi var təhsilindən asılı olmayaraq bacardığı işləri görməlidir ki,cəmiyyətimə də bir xeyir olsun

Xatırladaq ki, Xəbəral.az saytı olaraq Space TV-də yayımlanan tanınmış teleaparıcı və jurnalist Elçin Əlibəylinin təqdimatında "El Bizim Sirr Bizim"işi bəlli olmayan qonaq qismində dəvət alan, dəfələrlə ucuz piar üçün (güya)şou yaradan və orada olan qonaqları küçə sözləri ilə təhqir edib gündəmə gəlmək istəyən Ramilə Sultanın lazımsız hərəkətlərini görüb və çoxsaylı izləyicilərin istəyini nəzərə alıb bu yazını dərc etdik.Kiminsə şəxsi həyatına qarışıb insanları gözdən salanlara qarşı hamımız millət olaraq mübarizə aparmalıyıq.
Qarşı tərəfi dinləyib mövqeyini dərc etməyə hazırıq

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up