Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Qədim qayaüstü rəsmlərin sirri açıldı

29-11-2018, 17:20
Ana Səhifə » Araşdırma » Qədim qayaüstü rəsmlərin sirri açıldı
Qədim qayaüstü rəsmlərin sirri açıldı Ria24.az Bu barədə Edinburq Universitetinin saytında bildirilir.

Paleolit və neolit dövrünün qayaüstü heyvan şəkillərinin bürclərin təsviri olması aşkar edilib.

Bu barədə Edinburq Universitetinin saytında bildirilir.

Alimlər əvvəllər rəsmlərin məişət şəraiti və ya ov səhnələrinin təsviri olduğunu hesab edirdilər. Lakin Türkiyə, İspaniya, Fransa və Almaniyadakı mağaraları diqqətlə öyrəndikdən sonra onlar belə nəticəyə gəliblər ki, rəsmlər nümunəvi texnologiya üzrə yaradılıb və astronomiya sahəsində mühüm bilikləri təsdiqləyir.

Tədqiqatçıların fikrincə, bu kəşf deməyə əsas verir ki, hələ 40 min il bundan əvvəl insanlar ulduzların yerdəyişməsi barədə biliklərindən istifadə edərək zamanı izləyirdilər.

Bundan başqa, bürclər sxemi təbii fəlakətlər kimi əhəmiyyətli hadisələrin qeyd edilməsində istifadə olunub.

Təxminən eramızdan 15 min il əvvəl meteoritin Yer kürəsi ilə toqquşması barədə məlumatın Fransanın Lasko mağarasındakı rəsmlərdə göstərildiyi məlum olub.(AZƏRTAC)

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up