Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Özəl klinikalarda müayinə neçəyə başa gəlir? – QİYMƏTLƏR

4-12-2018, 11:00
Ana Səhifə » Araşdırma » Özəl klinikalarda müayinə neçəyə başa gəlir? – QİYMƏTLƏR
Özəl klinikalarda müayinə neçəyə başa gəlir? – QİYMƏTLƏR Ria24.az Azərbaycanda standartlara cavab verən özəl klinikalar artsa da, bu tibb müəssisələrində təklif olunan xidmətlərin qiyməti də yüksəkdir.

Bazar iqtisadiyyatına əsasən, klinikalarda təklif artdıqca rəqabət mühiti olmalı, qiymətlərdə də fərq hiss edilməlidir. Amma özəl klinikalarda “Check up” müayinə insanların aylıq gəlirindən yüksəkdir.

Oxu.Az-ın əməkdaşı qiymətlərlə daha yaxından tanış olmaq üçün bir neçə özəl klinika ilə əlaqə saxlayıb.

“Bakı Medical Plaza”da ümumi müayinə olmasa da, ayrı-ayrı xəstəliklərin müalicəsi üçün qiymətlər mövcuddur. Məsələn, nevroloji müayinə üçün 60-100 manat, ginekoloji müayinə üçün isə 70 manat ödəniş tələb olunur.

“Sağlam Ailə”də ginekoloji müayinə 30-50 manat təşkil edir. Qadınlar üçün ginekoloji “Check up” 267, gənc qızlar üçün isə 169 manat təşkil edilir.

“Avrasiya” hospitalında ümumi Check up müayinə olmasa da, ayrı-ayrı xəstəliklərin müayinəsi üçün qiymətlər mövcuddur. Burada müayinə 35 manatdan başlayır. Sadəcə, Xəzər Dəniz Gəmiçiliyin işçilərinə xüsusi “Check up” mövcuddur.

“İstanbul” klinikasında ümumi müayinə üçün isə 350 manat ödəməli olacaqsınız.

Bəs özəl klinikalarda qiymətlərin yüksək olmaması üçün nələr edilməlidir?

Professor Adil Qeybullanın sözlərinə görə, özəl klinikanın özünün gəlirləri var:

“Müayinənin növündən asılı olaraq, qiymətlər dəyişir. Elə müayinə metodları var ki, həddən artıq bahadır və əksəriyyəti bizdə olunmur. Əslində, bu müayinələrin əksəriyyəti dövlət xəstəxanalarında nəzərdə tutulmalıdır. Yəni sığorta əsasında edilməlidir. Bizdə icbari sığorta olmadığı üçün hər şey vətəndaşın üzərinə yüklənib”.

Adil Qeybulla bildirib ki, problemdən çıxış yolu icbari tibbi sığortanın tətbiqidir:

“Özəl tibb müəssisələrinə vergi güzəştlərinin edilməsi hələlik gündəmdə deyil. Onun üçün icbari tibbi sığortanı tətbiqə başlanmalıdır”.

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev özəl səhiyyə müəssisələrinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib:

“Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan, özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up