Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycanda müqəddəs yerlər boş qalır – SOS

23-06-2019, 15:00
Ana Səhifə » Araşdırma » Azərbaycanda müqəddəs yerlər boş qalır – SOS
Azərbaycanda müqəddəs yerlər boş qalır – SOS Ria24.az Doktorant 150 manatla ailə dolandırsın, təhsil alsın, yoxsa aylıq maddi ehtiyaclarını ödəsin?”

Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri gənclərin magistr və doktoranturaya marağının azalmasıdır. Vətəndaşlar iddia edirlər ki, hətta bəzi fakültələrdə doktorant və magistr ixtisaslarının yerləri boş qalır. Xüsusilə ödənişli yerlərə marağın olmadığı bildirilir.

Məsələni AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, elm sahəsinə marağın azalması normal haldır: “Doktoranta 150 manat aylıq pul verilir. Bununla həmin gənc ailə dolandırsın, təhsil alsın, yoxsa aylıq maddi ehtiyaclarını ödəsin? Hələ yeni qayda çıxıb ki, doktorantlar xaricdə konfranslarda iştirak etməlidirlər. Ən əsası isə təhsil aldıqları müddətdə heç bir yerdə işləyə bilməzlər”.

“Doktorant 150 manatla qoyulan tələbləri reallaşdırsın, yoxsa maddi ehtiyaclarını ödəsin? Bu müddət ərzində yaradılan maneələri demirəm hələ. Məhz ona görə də bu gün Azərbaycanda 30 yaşlı elmlər doktoru yoxdur. AMEA-dakı alimlərin əksəriyyətinin yaşı 50 yaşdan yuxarıdır” – ekspert bildirib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up