Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycanda 8324 ailə dağılıb - 6 ayda...

15-07-2019, 16:40
Ana Səhifə » Araşdırma » Azərbaycanda 8324 ailə dağılıb - 6 ayda...
Azərbaycanda 8324 ailə dağılıb - 6 ayda... Ria24.az 2019-cu ilin birinci yarısında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 29 242 nikah qeydə alınıb.

Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq verilən məlumatda bildirilib.

Hesabat dövründə qeydə alınan nikahlardan 1013-ü əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan vətəndaşları arasında bağlanıb.

Rəsmi məlumata görə, azərbaycanlılar daha çox Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşları ilə nikaha giriblər. Altı ay ərzində 8324 boşanma rəsmiləşdirilib. Eyni zamanda qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşları arasındakı nikahlardan 93-ü pozulub.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up