Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Ürəyinizi fındıqla daha güclü edə bilərsiniz

3-09-2019, 16:20
Ana Səhifə » Araşdırma, MARAQLI » Ürəyinizi fındıqla daha güclü edə bilərsiniz
Ürəyinizi fındıqla daha güclü edə bilərsiniz Ria24.az Duzsuz fındıqlardan müntəzəm istifadə edənlərdə ürək-damar xəstəliklərindən ölüm riski azalır.

Bu barədəa İranın İsfahan Kardioloji Elmi Tədqiqat İnstitutunun alimləri Fransanın Paris şəhərində keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konqresində bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, fındıq, badam və qoz kimi çərəzlərdən həftədə iki dəfə istifadə edənlərdə iki həftədən bir istifadə edənlərlə müqayisədə ürək-damar xəstəliklərindən ölmək ehtimalı 17 faiz daha azdır. Çiy və duzsuz çərəzlərin daha faydalı olduğu xüsusi vurğulanır.

Alimlər 12 il ərzində 35 yaşından yuxarı 5432 nəfərin qida vərdişlərini izləyərək bu nəticəyə gəliblər. İnsanların yaşı, cinsi, təhsili, siqaret çəkməsi və fiziki aktivliyi nəzərə alınaraq, əldə olunan məlumatlara düzəlişlər edilib.

Tədqiqat müəllifləri qeyd edirlər ki, Avropa Kardioloqlar Cəmiyyətinin tövsiyələrinə əsasən, gündəlik qida rasionuna 30 qram fındıq daxil etmək sağlam pəhriz əlamətidir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up