Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Uşağı tez-tez qucaqlamaq DNT-sinə müsbət təsir edir - MARAQLI ARAŞDIRMA

10-09-2019, 10:40
Ana Səhifə » Araşdırma » Uşağı tez-tez qucaqlamaq DNT-sinə müsbət təsir edir - MARAQLI ARAŞDIRMA
Uşağı tez-tez qucaqlamaq DNT-sinə müsbət təsir edir - MARAQLI ARAŞDIRMA Ria24.az İngiltərəli elm adamları uşaqları tez-tez öpüb qucaqlamağın onların DNT-sinə müsbət təsir etdiyini deyib.

Araşdırmaya görə, öpmək və qucaqlamaq molekulyar səviyyədə daimi müsbət təsirə malikdir. Əsas olaraq uşağınızı qucaqlamaq onun genlərinə müsbət istiqamətdə təsir göstərə bilər.

Sözügedən tədqiqatda 94 sağlam, 5 həftəlik körpələr nəzarətdə saxlanılıb. Valideynlərindən körpələrinin yemək yeyəndə, yatanda və ağlayanda nələr etdiklərinə dair mlumatları qeyd etmək üçün gündəlik tutmalarını istənib. Bundan başqa qulluq zamanı uşaqla valideyn arasında nə qədər təmas yarandığını qeyd etmələri də tələb olunub.

Dörd il sonra həmin uşaqlardan DNT nümunələri alınıb. Tədqiqatçılar daha az qucaqlanan körpələrin yaşlarına görə az inkişaf etmiş olduğunu ortaya çıxarıb. Bu da bioloji inkişafda gecikmə olduğuna işarə edib. Bununla bərabər kifayət qədər qayğı görməyən uşaqların daha stresli və həyəcanlı olduğu da müəyyənləşdirilib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up