Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Körpələrin əllərində kərtənkələyə bənzər əzələlər tapıldı - MARAQLI ARAŞDIRMA

2-10-2019, 17:40
Ana Səhifə » Araşdırma » Körpələrin əllərində kərtənkələyə bənzər əzələlər tapıldı - MARAQLI ARAŞDIRMA
Körpələrin əllərində kərtənkələyə bənzər əzələlər tapıldı - MARAQLI ARAŞDIRMA Ria24.az Uşaqların ana bətnində inkişaf edərkən əllərində kərtənkələ əzələlərini xatırladan əzələlər əmələ gəldiyi və bunların sonradan yox olduğu müəyyən edilib.

ABŞ-lı elm adamlarının "Development" adlı elmi jurnalda dərc etdiyi araşdırmaya görə, bu, təkamül prosesinin insanlarda ən qədim sübutudur.

Bioloqlar bu prosesin insanların baş barmaqlarında digər barmaqlarına nisbətən bir artıq əzələ olması ilə əlaqəli ola biləcəyini düşünür. Elm adamları bu tapıntını aşkar etmək üçün 7-13 həftə arasında rüşeym və dölləri araşdırıb.

Bu əzələlər nadir hallarda da olsa bəzi embrionlarda yox olmur və normaldan fərqli əllərə sahib olan körpələrin dünyaya gəlməsinə yol açır. Araşdırmanı həyata keçirən Hovard Universitetindən Doktor Rui Dioqo "Təkamül prosesində bu əzələlərə olan ehtiyacımızı itirdik" deyib.

Qeyd edək ki, insan bədəninin bu əzələləri doğuşdan əvvəl nə üçün yox etdiyi isə bilinmir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up