Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Cins şalvarlar planeti necə məhv edir

9-10-2019, 09:00
Ana Səhifə » Araşdırma » Cins şalvarlar planeti necə məhv edir
Cins şalvarlar planeti necə məhv edir Ria24.az Cins şalvarlar bütün dünyada məşhurdur. Sovet dövründə hər adam tapıb ala bilmirdi. Əvvəlcə amerikalı kovboylar və fermerlər üçün tikilən şalvarlar indi bütün dünyada gündəlik geyim predmetinə çevrilib.

Cins şalvarların istehsalı ətraf aləmə böyük ziyan vurur. Mütəxəssislər hətta bu geyimin planetin məhvində rolundan danışırlar.

İndi dünyanın elm adamları baş sındırır ki, havaya buraxılan zərərli qazların miqdarını necə azaltsınlar. Cins şalvarların istehsalı isə bu məsələdə planetin xeyrinə işləmir. Hər il dünyada 4 milyard yeni cins satışa çıxarılır. Bu isə atmosferə 52 milyon ton zərərli qazın göndərilməsi deməkdir.

Cins istehsalı su mənbələrinin də israfına səbəb olur. Çünki pambıq əkilməsindən tutmuş şalvarların rənglənməsinə qədər suya ehtiyac duyulur.

Şalvarın mavi rəng alması üçün kimyəvi maddələrdən istifadə olunur. Təsəvvür edin, bir şalvara 10 kiloqrama qədər rəngləndirici gedir. Həmin kimyəvi maddələr sonradan maye halında su hövzələrinə - çaylara, dənizlərə, okeanlara axıdılır. Cins istehsalı daha çox inkişaf etməkdə olan ölkələrdə həyata keçirilir. Həmin ölkələrdə isə su hövzələrinin təmizlənməsinə böyük əhəmiyyət verilmir.

Pambıq əkilməsi də zərərsiz ötüşmür. Yenə kimyəvi maddələr ortaya çıxır, planetə ziyan dəyir.(

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up