Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Adi qrip də öldürə bilir: nələri etməli?

8-02-2020, 16:20
Ana Səhifə » Araşdırma » Adi qrip də öldürə bilir: nələri etməli?
Adi qrip də öldürə bilir: nələri etməli?
Adi qrip də öldürə bilir: nələri etməli?

Ria24.az Hər il dünyada qripdən minlərlə insanın öldüyü bildirilir; həkim: “Əslində qızdırmanı salmaq doğru deyil...”

Azərbaycanda gənc adam qripdən dünyasını dəyişib. Belə ki, sosial şəbəkələrdə yaxınlarının yaydığı məlumata görə, “Lider radio”nun keçmiş əməkdaşı, aparıcı DJ Emil vəfat edib. Sosial şəbəkə istifadəçilərdən biri bu haqda aşağıdakılar yazıb:

“İş yoldaşlarının sözlərinə görə, iki ay idi ki, qrip idi. Hər gün ”Nimesil" adlı dərman qəbul edirdi. Dörd gün öncə qızdırma, titrəmədən komaya düşüb. Xəstəxanada müayinə olunanda həkimlər Emilin orqanlarının sıradan çıxdığını bildiriblər. Ötən gecə isə o, komadan ayılmayıb. Nəticədə Emil dünyasını dəyişib".

Dünyada hazırda koronavirus, “donuz qripi”, “quş qripi” kimi tanınan viruslar tüğyan edir. Azərbaycanda və eləcə də başqa ölkələrdə bu viruslara qarşı tədbirlər görülür. Lakin həkimlər bildirirlər ki, adi qrip kimi qəbul etdiyimiz viruslar da kifayət qədər təhlükəlidir və ölümə apara bilər.

“Yeni Müsavat”a açıqlamasında həkim Hüseyn Mehdiyev bildirdi ki, xüsusilə də hər il qış aylarında bu kimi virus infeksiyaları tüğyan edir. Həkim səbəblərin fərqli olduğunu söylədi: “İlk səbəb odur ki, yay aylarında insanlar açıq yerlərdə çox olduqları halda, qışda qapalı yerlərə üstünlük verirlər. Buna görə də virus infeksiyası çox sürətlə yayılır. İkincisi də soyuqda virusların yaşama və yayılma şansı daha yüksək olur. Azərbaycanda ciddi təbliğatlar aparılmalı, karantin postları qurulmalıdır. Unutmaq lazım deyil ki, bütün virus xəstəliklərinin sonu pnevmoniyaya gətirib çıxarır ki, nəticədə ölüm baş verir. Çünki artıq həmin xəstəni müalicə etmək mümkün olmur. İlk növbədə dəqiq diaqnoz qoymaq lazımdır. Əgər ölkədə ”donuz qripi" varsa, bunu açıq şəkildə deyib, xalqı maarifləndirmək lazımdır ki, nə etsinlər. Əgər kimdəsə qızdırma varsa, dərhal həkimə müraciət etsin. Rayonlarda, mərkəzlərdə müvafiq laboratoriyalar yaradılmalıdır ki, insanlar müayinə edilsin və virusun dəqiq adı açıqlansın. Xəstədə qızdırma olanda müəyyən qızdırma salan dərmanlardan istifadə edilir. Ancaq sona qədər müalicə aparılmadığı üçün ağırlaşma baş verir. Əslində qızdırmanı salmaq da doğru hal deyil".

Qrip hər il dünyada təxminən 3-5 milyon insana yoluxan, 250-500.000 insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir. Həkimlər bildirirlər ki, xəstəliyə səbəb olan virusun (H3N2) quruluşu asanlıqla dəyişə bilir. Bu da onun immun sistemimizdən qaçmağına səbəb olur. Tarixdəki bilinən ən böyük qrip viruslarından biri Birinci Dünya Müharibəsi zamanında qeyd olunan və müharibənin özündən daha çox ölümə səbəb olan 1918 İspaniya qripidir ki, bu barədə aşağıda məlumat verəcəyik.

Həkim Hüseyn Mehdiyev deyir ki, qrip virusu havadan da keçə bilir: “Belə ki, xəstə olan şəxs bir dəfə asqırır və çox sayda virus olan damcılar ətrafa yayır. Bu viruslu damcılar ağız, burun və ya gözə təmas edən zaman xəstəliyə yoluxma baş verir. Buna görə də insanların çox olduqları yerlərdə kimsə asqırırsa, maska taxmaq, heç olmasa dəsmal və ya salfetlə ağız-burunu tutmaq lazımdır”.

Qriplə bağlı son aylarda xarici mətbuatda da çoxsaylı xəbərdarlıqlar yayılıb. Bildirilir ki, virusa yoluxan şəxs əllərini ağzına tutub asqırırsa bu, ətrafdakı insanlar üçün olduqca təhlükəlidir. Çünki həmin şəxs əllərini hara vurursa, oraya virus salır. Ona görə də tövsiyə edilir ki, qrip xəstəliyinə yoluxan şəxs tez-tez sabunla əllərini yumalı, tibbi spirt və ya digər antiseptiklərdən istifadə etməlidir. Qripli xəstə tez-tez əllərini yumalıdır.

Ümumilikdə qrip virusuna yoluxan şəxslərdə ani başlayan hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları müşahidə edilə bilir. Temperatur, oynaq və əzələ ağrılarının olmaması zökəm kimi daha yüngül xarakterizə edilən tənəffüs yolu xəstəliyinə yoluxmanın göstəricisi ola bilər. Həkimlər bildirirlər ki, temperaturun uzun müddət davam etməsi, tünd rəngli bəlğəm, sinə ağrısı və nəfəs almanın çətinləşməsi qrip virusu bakteriyalarının ağciyərə yoluxduğunun göstəricisi ola bilər. Bu zaman həkimə müraciət edib, müalicə almaq şərtdir.

Qrip necə öldürür?

Qrip haqqında ilk yazılı məlumata təxminən 2400 il əvvəl qədim yunan alimi Hippokratın yazılarında rast gəlinir. Qrip bütün tarix boyu çoxlu epidemiyalara və kütləvi ölümlərə yol açsa da, baş verən bu faciələrə qrip virusunun, yoxsa qripəbənzər digər tənəffüs yolları xəstəliklərinin səbəb olduğu tam bilinmir. Mənbələrdə bildirilir ki, xəstəlik Avropadan Amerikaya yayılıb. Belə ki, Xristofor Kolumbun Amerikaya gəlişindən az sonra 1493-cü ildə Antil adalarının demək olar ki, bütün əhalisi avropalılar tərəfindən gətirilmiş qrip virusuna yoluxma nəticəsində məhv olub. Digər bir qeydə alınmış epidemiya 1580-ci ildə Rusiyada başlayıb və Afrika vasitəsilə Avropaya yayılıb. Nəticədə təkcə Roma şəhərində 8.000 insan həlak olub, İspaniyada isə bir neçə şəhərin əhalisi ümumiyyətlə, məhv olub.

17-ci, 18-ci və 19-cu əsrlərdə də qrip virusu epidemiya şəklində yayılıb və çoxlu ölümlərə yol açıb. Lakin indiyə qədər elmə məlum olan ən böyük və dağıdıcı qrip virusu 1918-ci ildə yayılan və “İspan qripi” adı ilə tanınan H1N1 virusu səbəb olub. Bu virus 1 il ərzində 20 milyondan 100 milyona qədər insanın ölümünə səbəb olub. Bu tibb tarixində “Qara ölüm”dən sonra qeydə alınan ən böyük epidemiya sayılır. “İspan qripi” ona yoluxanların 2%-dən 20%-nə qədərinin ölümü ilə nəticələnirdi.

Qriplə mübarizədə ən böyük uğurlardan biri də 1944-cü ildə ABŞ-da qripə qarşı peyvəndin kəşf olunması idi. Hal-hazırda qripə qarşı daha güclü vasitələrin hazırlanması üçün molekul səviyyəsində tədqiqatlar aparılır. Qrip virusunun 2000-dən artıq variantı elmə məlumdur.

“Sputnik Azərbaycan”a danışan həkim-terapevt Mətanət Cəfərova bildirib ki, qripin ağırlaşmasının ilkin əlaməti tənəffüs çatışmazlığıdır: “Ürək döyünmə hallarının artması, qıcolma (əgər hər hansı nevroloji problem yoxdursa), hemaralgik simptom, yəni bədəndə qırmızı qansızmalar, xəstədə susuzlaşma ağırlaşmanın əlamətləridir. Qriplə yanaşı, xəstədə ishal, qusma müşahidə olunursa, bədəndə susuzlaşma başlayır. Bu da ağırlaşmanı sürətləndirir. 6 aydan 5 yaşa qədər olan uşaqlar, hamilələr, 65 yaşından yaşlı insanlar, həbsxana və qocalar evində yaşayan xroniki xəstəlikləri olanlar - diabetiklər, asmatik xəstəlikləri olan şəxslər və bu insanlara xidmət edən tibb işçiləri risk qrupuna aiddir”, -deyə Cəfərova qeyd edib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up