Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Ən yüksək faiz Vasif Talıbov, ən aşağı faiz Razi Nurullayev – İLK VƏ SON BEŞLİK

11-02-2020, 11:30
Ana Səhifə » Araşdırma » Ən yüksək faiz Vasif Talıbov, ən aşağı faiz Razi Nurullayev – İLK VƏ SON BEŞLİK
Ən yüksək faiz Vasif Talıbov, ən aşağı faiz Razi Nurullayev – İLK VƏ SON BEŞLİK
Ən yüksək faiz Vasif Talıbov, ən aşağı faiz Razi Nurullayev – İLK VƏ SON BEŞLİK

Ria24.az Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində bütün dairələr üzrə qalib olan namizədlərin siyahısını açıqlayıb.



Moderator.az Komissiyanın saytına istinadən ən yüksək və ən aşağı səs faizi ilə rəqiblərini üstələyən deputatların siyahısını təqdim edir.

1 saylı Şərur-Sədərək Seçki Dairəsinin qalib namizədi Vasif Talıbov 94.6 % səslə rəqiblərini üstələyib. Vasif Talıbov bütün 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi ilə qalib gələn yeganə şəxsdir.



2 saylı Şərur Seçki Dairəsindən namizəd İsa Həbibbəyli 86.3 % səslə qalib gəlib.



4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən namizəd Eldar İbrahimov 84.9 % səslə qalib gəlib.

Namizədlərin səs faizlərinin nisbətinə uyğun olaraq, 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsindən qalib gələn Səttar Möhbaliyev 83.2 % səslə 4-cü sıradadır.



5 saylı Şahbuz-Babək Seçki Dairəsindən namizəd olan Siyavuş Novruzov 81.1 % səslə beşinci ən çox səs toplayan namizəddir.



Ən aşağı səs faizi ilə qalib gələn namizədlərin sıralaması isə aşağıdakı kimidir:

79 saylı İmişli Seçki Dairəsi - Razi Nurullayev - 20.9 %

61 saylı Neftçala Seçki Dairəsi - Sabir Rüstəmxanlı - 21.4 %

47 saylı Mingəçevir Seçki Dairəsi - Aydın Mirzəzadə - 30.1 %

34 saylı Xətai İkinci Seçki Dairəsi – Mixail Zabelin - 35.1 %

16 saylı Yasamal İkinci Seçki Dairəsi - Erkin Qədirli - 35.6 %

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up