Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Britaniyada koronavirus qurbanlarının sayı 35 mini ötdü

20-05-2020, 10:20
Ana Səhifə » Dünya » Britaniyada koronavirus qurbanlarının sayı 35 mini ötdü
Britaniyada koronavirus qurbanlarının sayı 35 mini ötdü
Son bir gün ərzində Böyük Britaniyada koronavirusdan daha 545 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, bununla da pandemiya qurbanlarının sayı 35 341 nəfərə çatıb. Eyni zamanda COVID-19-a daha 2 412 yoluxma qeydə alınıb. Beləliklə, Britaniyada koronavirusa yoluxanların sayı 248 818 nəfər təşkil edir.

Xatırladaq ki, ölkədə bir gün əvvəl xəstəlikdən ölənlərin sayı 160 nəfər təşkil edib, virusa 2 684 yeni yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 320 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib
Baxış Sayı 11

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up