Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

İnəklərə 200 dollar təqaüd veiləcək - QƏRİBƏ SƏBƏB

23-11-2018, 16:30
Ana Səhifə » Dünya, MARAQLI » İnəklərə 200 dollar təqaüd veiləcək - QƏRİBƏ SƏBƏB
İnəklərə 200 dollar təqaüd veiləcək - QƏRİBƏ SƏBƏB Ria24.az Sabah İsveçrədə inəklər və keçilərin buynuzlu olub-olmaması üçün referendum keçiriləcək.
İri buynuzlu heyvanların buynuzlarının kəsilməsinə qarşı olan 66 yaşlı isveçrəli fermer Armin Kapaul 9 illik mübarizəsindən sonra 100 000 imza toplayıb və mövzunun referenduma çıxarılmasına nail olub.
Fermer qeyd edib ki, heyvanları doğulduqları kimi qəbul etmək və hörmət bəsləmək lazımdır. O, inəklərin buynuzları vasitəsilə başqa heyvanlarla təmasa keçdiklərini və bədən temperaturlarını qoruduqlarını bildirib.
Seçicilər referendumda heyvanların buynuzlarının təbii olaraq uzanmasını istəyən fermerlərə dövlət dəstəyinin verilməsinə öz münasibətlərini bildirəcəklər.
Qeyd edək ki, İsveçrədə inəklərin, təxminən, 75%-nin buynuzları kəsilir və onların balaları genetik olaraq buynuzsuz doğulur. Buynuzsuz inəklər daha az yer tutduqları üçün onları bəsləmək daha ucuz başa gəlir.
Referendumdan fermerlərin lehinə qərar çıxarsa, dövlət buynuzlu inəklərə 200 dollar (340 manat) təqaüd verəcək.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up