Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Lukaşenko nədən narazı qalıb?

6-12-2018, 17:15
Ana Səhifə » Dünya » Lukaşenko nədən narazı qalıb?
Lukaşenko nədən narazı qalıb? Ria24.az “Müttəfiq münasibətlərində enerji ehtiyatlarının tədarükçüsü və istehsalçısının maraqları yoxdur”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının dekabrın 6-da Sankt-Peterburqda keçirilən zirvə toplantısında bildirib.

“Avrasiya İqtisadi İttifaqı bütöv bir sistemdir. Neft-qaz bazarının əsaslarının formalaşmasında prinsiplər üzrə razılaşmanın yoxluğu bizə ittifaqın daha sürətlə tərəqqi etməsinə imkan vermir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, min kubmetr təbii qazın nəqli Belarusda 3 dollar təşkil edir, ancaq bu, rusiyadaxili tariflərdə 3 dəfə az, yəni 1 dollardır: “Nəticədə Belarus Smolensk vilayətində qazın min kubmetrinə 130 dollar ödəyir”.

Rusiya Prezidenti Vladimir Putin KİV-in iştirakı olmadan bu məsələnin ədalətlə və açıq müzakirəsini məsləhət görüb. Onun sözlərinə görə, 2018-ci ildə Belarusa min kubmetr qazı 129 dollar satıblar. 2019-cu ildə isə bu rəqəm 127 dollar olacaq: “Almaniyaya isə 250 dollar satılır”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up