Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Corc Buş üçüncü dəfə baba oldu

7-08-2019, 12:00
Ana Səhifə » Dünya » Corc Buş üçüncü dəfə baba oldu
Corc Buş üçüncü dəfə baba oldu Ria24.az ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızı Jenna ona növbəti nəvə sevinci bəxş edib.

Avqustun 2-də Corc Buş və Laura Uelçin əkiz qızlarından biri Jenna Buş-Hager oğlan övladı dünyaya gətirib. "Instagram"da gənc valideynlərlə yanaşı, xoşbəxt baba və nənə də bu barədə xəbər paylaşıblar.

Jenna Bush-Hager və əri Henry Hager körpələrinə Henry Harold Hager adını veriblər.

Xatırladaq ki, Corc Buş və həyat yoldaşı Laura Uelçin iki qızı var: Barbara və Jenna. Onlar əkizdirlər.

"NBC TV"-də səhər verilişinin aparıcısı Jenna Buşla Henry Hager 10 may 2008-ci ildə Texasda, ABŞ prezidentinin rançosunda evləniblər. Cütlüyün bu nigahdan 6 yaşlı Mila və 4 yaşlı Poppy adlı övladı var.

Qeyri-kommersiya təşkilatı olan Qlobal Sağlamlıq Korpusunun sədri, aktivist Barbara Buş da evlidir. 2018-ci ildə o, amerikalı aktyor və ssenarist Kreyq Coyne ilə nikaha daxil olub. Lakin cütlüyün hələlik övladı yoxdur.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up