Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Elton Con prostat xərçəngindən sağaldı

7-10-2019, 14:20
Ana Səhifə » Dünya » Elton Con prostat xərçəngindən sağaldı
Elton Con prostat xərçəngindən sağaldı Ria24.az Dünya şöhrətli 72 yaşlı musiqiçi Elton Con “Mən” adlı avtobioqrafiyasında onkoloqlar tərəfindən ona qoyulan bədxassəli şiş diaqnozu haqqında bəhs edib.

Bu hadisə 2017-ci ildə, sənətçi planlı müayinədən keçdikdə baş verib. Elton, kimyaterapiyadan imtina edərək cərrahiyyə əməliyyatına üstünlük verib. Şiş Los-Ancelesdəki klinikalardan birində götürülüb. Lakin əməliyyatdan on gün sonra müğənninin vəziyyəti kəskin şəkildə pisləşib.

Səhhəti ilə bağlı Con Cənubi Amerika turunu yarımçıq qoyaraq, Londona qayıtmalı olub. Evdə həkimlər müğənnini ölümdən 24 saat vaxt ayırdığını söyləyiblər.

Elton Con o çətin günlərini belə xatırlayıb:

“Gecələr xəstəxanada ölümlə təkbaşına qalıb, dua etdim:

“Xahiş edirəm, ölməyimə icazə vermə, uşaqlarımı bir daha görüm, bir az da vaxt ver”.

Qəribə bir şəkildə sağalmağa başladım və sərf etdiyim vaxtın dualarımın cavabı olduğunu hiss etdim. Daha çox vaxt istəsən, belə yaşamağı, yavaşlamağı öyrənməlisən”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up