Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

2020-ci ildə təyyarə sürəti ilə gedən qatar hərəkətə başlayacaq...

7-10-2019, 16:40
Ana Səhifə » Dünya » 2020-ci ildə təyyarə sürəti ilə gedən qatar hərəkətə başlayacaq...
2020-ci ildə təyyarə sürəti ilə gedən qatar hərəkətə başlayacaq... Ria24.az Çində təyyarə sürətini ala biləcək bir qatar hazırlanır. Müasir super sürətli qatarın ölkədə 2020-ci ildə görünəcəyi gözlənilir.

Çin Dəmiryol Qrupunun (“China Railway Group”) mühəndisləri maqnetik levitasiyadan istifadə edərək qatarların hərəkətini üç dəfə sürətləndirəcək və hazırkı 350-400 km/saatdan 600-1000 km/saata qaldıracaqlar. Yeni qatar sınaq üçün Xubey şəhərindəki vakuum borusunun içərisində yerləşdiriləcəkdir. Sınaq gələn ilin əvvəlində baş verəcək. Sahənin ölçüsü 200 km olacaq.

Xatırladılır ki, 2002-ci ildə alman mühəndisləri Çində sürət qatarları üçün ilk sınaq sahəsini qurublar. Həmin vaxtdan etibarən ölkədə 30.000 km-dən çox sürətli dəmir yol xətti açılıb.

Qeyd edək ki, hazırda dünyada ən sürətli qatar elə Çində Şanxay aeroportu ilə şəhərin mərkəzi arasında işləyir. Qatarın maksimal sürəti 431 km/saatdır.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up