
Qarabağ atları 100 il sonra Rusiyada
28-11-2019, 15:00
Ana Səhifə » Dünya » Qarabağ atları 100 il sonra Rusiyada

Oxu.Az-ın xəbərinə gorə, müasirləri Qarabağ atları haqqında “Qafqazın gözəlliyi və qüruru yalnız xanın deyil, kral yəhərinə də layiqdir...”, - deyiblər.
Qədim dövrlərdən bəri Qarabağ xanlığı atları ilə məşhur olub. Qarabağ atları vətənlərinin şanlı tarixində parlaq iz buraxıb, yerli, folklor və ədəbiyyatda ceyranla müqayisə olunublar.
Atçılıq ənənəvi olaraq, Qarabağ xanları arasında böyük maraq doğurub və onları həmişə göylərin hədiyyəsi hesab ediblər.
Qarabağ atları nəinki vətənlərində qiymətləndirilib, eyni zamanda, 1869-cu ildə İkinci Ümumrusiya Sərgisində qalib gəliblər.
“Meymun” gümüş, “Toxmaq” bürünc medal, qızıl-qırmızı ayğır “Alyetməz” isə sertifikat alaraq Rusiya İmperiyasının dövlət atçılıq təsərrüfatlarında istehsalçı adına layiq görülüb. Avropalı at mütəxəssisləri də Qarabağ xanlarının atlarını yüksək qiymətləndiriblər. 1867-ci ildə Parisdəki sərgidə “Xan” adlı qızılbaş at gümüş medala layiq görülüb.
Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz
XƏBƏR LENTİ