Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

İranda 28 nəfər koronavirusa yoluxub - Nazirlik

22-02-2020, 16:40
Ana Səhifə » Dünya » İranda 28 nəfər koronavirusa yoluxub - Nazirlik
İranda 28 nəfər koronavirusa yoluxub - Nazirlik
İranda 28 nəfər koronavirusa yoluxub - Nazirlik


Ria24.az Ötən günlər ərzində İranda koronavirusa yoluxanların təxminən 18 faizi həyatını itirib.

Bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kiyanuş Cahanpur deyib.

O, indiyədək İranda 28 nəfərin koronavirusa yoluxduğunu, onlardan 5 nəfərin öldüyünü açıqlayıb.

Nazirlikdən verilən xəbərə görə, virusun yayılma mərkəzi Qum şəhəri olub, virusa yoluxanların böyük hissəsinin də ya bu şəhərin sakini olduğu, ya da Qum şəhərinə gediş-gəliş etdiyi bildirilir.

Virusa yoluxanlardan bəziləri isə Tehran, Ərak və Gilan vilayətlərinin sakinləridir.

İran Səhiyyə Nazirliyi əhalini lüzumsuz səfərlərdən çəkinməyə və gigiyena qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Digər tərəfdən, soyuqdəymə əlamətləri müşahidə olunan şagirdlərin məktəbə getməməsi tövsiyə olunub.

Ölkənin paytaxtında insanlar artıq qoruyucu maska ilə gəzir.

Virusun yayılması əhalinin böyük hissəsinin narahatlığına səbəb olub.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up