Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Fəhlə işləyən Azərbaycan çempionuna məşqçi olması üçün yardım ediləcək - FOTO

29-04-2020, 17:40
Ana Səhifə » Gündəm, İdman » Fəhlə işləyən Azərbaycan çempionuna məşqçi olması üçün yardım ediləcək - FOTO
Fəhlə işləyən Azərbaycan çempionuna məşqçi olması üçün yardım ediləcək - FOTO Fəhlə işləyən Azərbaycan çempionuna məşqçi olması üçün yardım ediləcək - FOTO

“Kəpəz” PFK fəhlə işləyən futbol üzrə Azərbaycan çempionu, ən çox qol vuran futbolçu (bombardir) olmuş Rövşən Əhmədova məşqçi işləməsi üçün yardım edəcək.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bildirib.

Belə ki, Gəncə klubu Rövşən Əhmədovun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb. Qurum tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılması təşkil ediləcək.

Qeyd edək ki, son günlər “Kəpəz” klubu tərəfindən ona edilən maddi yardım zamanı şəklinin çəkilməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. O, “Qafqazinfo”ya açıqlamasında rəsmi olaraq heç yerdə işləmədiyini, fəhlə kimi çalışdığını bildirib.

Xatırladaq ki, R.Əhmədov 1993/94 mövsümündə Tovuzun “Turan”, 1994/95 və 1997/98 mövsümlərində Gəncənin “Kəpəz” klubları ilə ölkə çempionu olub. O, 1995/96 mövsümündə çempion ola bilməsə də, həmin vaxt “Kəpəz”dəki komanda yoldaşı Fazil Pərvərovla birgə 23 qolla şərikli bombardir adına yiyələnib.

Milli komandamızla rəsmi oyuna çıxa bilməsə də, Rövşən Əhmədov “Neftçi”, “Kəpəz”, “Şəmkir” və “Viləş” (Masallı) komandaları ilə UEFA Kubokunda çıxış edib.
Baxış Sayı 122

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up