Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Attestatların verilməsi ilə bağlı nazirlikdən AÇIQLAMA

20-05-2020, 13:30
Ana Səhifə » Gündəm, Cəmiyyət, Aktual » Attestatların verilməsi ilə bağlı nazirlikdən AÇIQLAMA
Attestatların verilməsi ilə bağlı nazirlikdən AÇIQLAMA Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin şagirdlərinə attestatların nə zaman veriləcəyi bəlli deyil.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, buraxılış sinif şagirdlərinə attestatların verilməsi daha çox buraxılış imtahanlarının keçiriləcəyi vaxtdan asılıdır:

“Bu məsələdə əsas qurumlardan biri Dövlət İmtahan Mərkəzidir. Çünki buraxılış imtahanı onlar tərəfindən həyata keçirilir. Təbii ki, şagirdlərin növbəti pillədə təhsilini davam etdirməsi üçün bu sənədin olması tələb edilir. Ancaq valideynlərin də təşvişə düşməsinə ehtiyac yoxdur. Bütün məsələlər nəzərə alınır və bunun əsasında növbəti mərhələ üçün addımlar planlaşdırılır. Baş verəcək bütün proseslər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Əsas olan budur ki, bu məsələ şagirdlərin təhsilini davam etdirməsi üçün heç bir maneə yaratmayacaq”.
Baxış Sayı 17

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up