Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

GORANBOY rayonu, Qızılhacılı kənd sakinlərinin şikayətinin araşdırması - VİDEO

22-05-2020, 17:00
Ana Səhifə » Gündəm, Region » GORANBOY rayonu, Qızılhacılı kənd sakinlərinin şikayətinin araşdırması - VİDEO
GORANBOY rayonu, Qızılhacılı kənd sakinlərinin şikayətinin araşdırması - VİDEO Məlum olduğu kimi, son günlər bəzi kütləvi informasiya vasitələrində Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən guya döyülərək pəncərədən atılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti dərhal açıqlama vermişdi. Artıq Baş Prokurorluq da həmin məlumatlarla bağlı araşdırma aparılmasını təmin etmiş, nəticəsini dünən, yəni, 21.05.2020-ci il tarixdə ictimailəşdirmişdir:
“Müəyyən edilib ki, cari il mayın 13-də saat 11 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının guya kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gəliblər. Sivil qaydalara zidd olan davranış nümayiş etdirərək onları sülhə dəvət edən ətrafdakı insanları nalayiq ifadələrlə təhqir ediblər. Onlar öz davranışları ilə vətəndaşların qəbulunun keçirilməsi işini pozublar.
Münaqişənin sakitləşdirilməsi məqsədilə çıxan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov onları etik normalara riayət etməyə dəvət edib. Eldar Musayev onun müraciətinə məhəl qoymayaraq qeyri-etik davranışını davam etdirib. Arzu Verdiyev isə İcra Hakimiyyətinin nümayəndələrinə hədə-qorxu gələrək onları nalayiq ifadələrlə təhqir edib. Onlara müraciətləri ilə əlaqadar qanunamüvafiq tədbirlərin görüləcəyi barəda izah verilərkən Arzu Verdiyev başı ilə otağın pəncərəsini sındırıb, sonra özünü inzibati binanın birinci mərtəbəsindəki pəncərədən yerə atıb.
Rayon prokurorluğunun işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin olunub və hadisəyə şahid olmuş şəxslərin izahatı alınıb.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Rayon məhkəməsinin qərarı ilə Arzu Verdiyevin barəsində 10 gün müddətinə inzibati həbs seçilib, Eldar Musayev isə inzibati qaydada cərimə edilib.
Həmçinin müəyyən edilib ki, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev va Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Qeyd olunanları nəzərə alaraq bildirilir ki, konkret faktlara əsaslanmayan və dəqiqləşdirmə aparmadan bu cür məlumatları yaymaqla kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri qərəzli şəkildə ictimai rəyi çaşdırır və ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərə xələl gətirirlər. Azərbaycan Respublikası Baş Prokurorluğu xəbərdar edir ki, ictimai-siyasi sabitliyi pozmaq məqsədini daşıyan bu cür halların təkrar olunacağı təqdirdə müvafiq şəxslərin əməllərinə hüquqi qiymət veriləcək, qanuni əsaslar olduqda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
İnsidentin baş verdiyi ilk gündən məsələni nəzarətdə saxlayan “Yenikirpi.az” saytında artıq bu mövzu ilə əlaqədar “BÖHTANI YAMANDI, QOYMA, GƏLDİ!..” - BƏZİ FÜRSƏTCİL VƏTƏNDAŞLAR İCRA BAŞÇILARINI “GÖZÜQIPIQ” ELƏMƏK İSTƏYİRLƏR” sərlövhəli məqalə ilə dərc olunmuşdur. Saytın apardığı araşdırmanın davamı olaraq, əməkdaşımız Goranbo raonunda ezamiyyətdə olmuş, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu tərəfindən hüquqları pozulmuş vətəndaşlarla görüşmüşdür. Həmin şəxslərin danışdıqlarını təqdim edirik.
Aygün Hüseynova: “Qızılhacılı qəsəbə sakiniyəm, sahibkarlıqla məşğulam. İcarəmdə olan 46 hektar sahəmi kəndimizin sakini Verdiyev Arzu Vəli oğlu zəbt edib, özümün istifadə etməyimə maneçilik törədir. Mənim yanıma gələrək təhqir edib, nalayiq sözlər deyərək hesiyyatıma toxunub. Qolçomaqlıq edir, deyir bu torpağı mən əkəcəm, heç bir dövlət, qanun tanımıram. Mən özüm bu torpağın bərəkəti ilə neçə-neçə ailəni dolandırmışam. Keçən il dövlətə 23 ton pambıq vermişəm, 65 kilo barama təhvil vermişəm. Əziz bayramlarda aztəminatlı insanlara yardım etmişəm. Hüquq-mühafizə orqanlarından xahişim budur ki, bu adamların barəsində ölçü götürülsün. Ondan ziyan görən başqa insanlar da var...”
İsgəndərov Cəmil Orucəli oğlu: “Qızılhacılı kənd sakiniyəm. Verdiyev Arzu tək deil. Qonşu Oktyabr kəndindən ona qoşulmuş İsmayılov Vahid də var. Bizim sovetliyin ağırtonnajlı qapanını söküb özü üçün darvaza salıb. Halbuki, indiki dövrdə bizim camaatın o texnikaa ciddi ehtiacı var...”
Zeynalova Cəmilə: “Hadisənin baş verdiyi 13 may 2020-ci il tarixdə gündüz saat 10-11 radələrində bir məsələ ilə əlaqədar Raon İcra Hakimiyyətinə getmişdim. Eldar Musayevi, yanında da bir nəfərin orda qalmaqal yaratdıqlarını gördüm. Eldarı qalmaqalçı, ora-bura azan, şər-böhtançı kimi tanısam da, Arzunu tanımırdım. Biz – mən və həmin vaxt orda olan qadınlar içəri keçdik ki, söyüşləri eşitməyək. İcra hakimiyyəti başçısının müavini Ceyhun müəllim o iki nəfəri içəri dəvət etdi, dedi ki, belə ifadələr işlətmək olmaz, keçin içəri təmkinlə sözünüzü deyin. Sonradan adını öyrəndiyim Arzu içəri girəndən sonra Yasin müəllimin otağının pəncərəsindən özünü həyətə atdı. Arxası üstə düşüb hay-haray saldı, ətrafdakıları köməyə çağırdı. Ceyhun müəllimi çoxdan qeyrətli adam kimi tanıyıram. Dava vaxtı ov tüfəngi ilə düşmənin qabağına çıxıb qız-gəlinlərimizi qorumuşdu. Gənc vaxtlarından rəhbər vəzifədə çalışıb. Necə olur ki, dəliqanlı vaxtında heç kəsə əl qaldırmadı, indi baba yaşına çatanda kimisə vurdu?..”
Əsgərov Ehtiram: “Bu kənddə mal-hevan saxlamaqla məşğulam. Verdiyev Arzu Vəli oğlu və Həsənov Vəli Əbülfət oğlu mənim torpağımı zəbt ediblər. Əsassız olaraq neçə vaxtdı məhkəmələrdə süründürülürəm. Möhtərəm Prezidentimizdən xahiş edirəm, bu şəxslər barədə ölçü götürülməsini təmin etsin..”
Quliyev: “Verdiyev Arzu sənədim ola-ola keçib mənim yerimi əkib. Qarabağ müharibəsi veteranıyam, beş il orduda olmuşam. Düşməndən qorxmuram, torpağımı da özüm, qol gücünə qoruya bilərəm. Ancaq qanuna hörmətlə yanaşıram. Aidiyyəti orqanlardan xahişim budur ki, bu adamları cəzalandırmaq vacib deyil, amma başa salsınlar...”
Dinlədiyimiz şəxslərin verdikləri məlumatlardan bəlli oldu ki, Qızılhacılı qəsəbəsində qolçomaqlıq edən şəxslər təkcə Arzu Verdiyevdən və Eldar Musayevdən ibarət deyil, onların əhatə dairəsi daha genişdir. İnanırıq ki, hüquq-mühafizə və cinayət təqibi orqanları onların hamısının kimliyini müəyyənləşdirib məsuliyyətə cəlb edəcəkdir.
Qoşqar Haqverdiyev








https://youtu.be/UHMEoI-gmLo











Baxış Sayı 34

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up