Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

2015-ci ildən evlənənlər azalıb, boşananlar isə çoxalıb - Bakıda

24-11-2018, 17:40
Ana Səhifə » Gündəm, Araşdırma » 2015-ci ildən evlənənlər azalıb, boşananlar isə çoxalıb - Bakıda
2015-ci ildən evlənənlər azalıb, boşananlar isə çoxalıb - Bakıda Ria24.az Xəbər verdiyimiz kimi, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 45 977 nikah qeydə alınıb. Qeydə alınmış boşanma hallarının sayı isə 11 102 olub.

Son 17-ildə paytaxt Bakıda evlənənlərlə, boşananların sayını araşdırıb. Məlum olub ki, Azərbaycanda ən çox boşanma sayı Bakı şəhərinin payına düşür.

Belə ki, bu ilin ötən dövrünü çıxmaq şərti ilə son 17 ildə (2000-2017-ci ildən) Bakıda 63801 cütlük boşanıb. 2005-ci ildən Bakıda nigah quranların sayında da ciddi artım qeydə alınsa da, bu göstərici 2015-ci ildən bu yana azalmağa başlayıb. 2015-ci ildən Bakıda boşananların sayı da əvvəlki illərlə nisbətən kəskin artıb. 2005-ci ildən Bakıda evlənənlərin sayı illik 17 mindən yuxarı idisə, 2015-ci ildə bu rəqəm 16747, 2016-ci ildə 16811, 2017-ci ildə 15426 olub.

Bununla belə, 2005-ci ildən 2015-ci ilədək Bakıda boşananların sayı 4000 mindən aşağı qeydə alınıb. 2015-ci ildə isə 4253, 2016-ci ildə 4369, 2017-ci ildə 4906 boşanma qeydə alınıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up