Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Gürcüstanda məktəblilərin qış tətilinin müddəti uzadılır

8-01-2019, 17:45
Ana Səhifə » Gündəm, Dünya » Gürcüstanda məktəblilərin qış tətilinin müddəti uzadılır
Gürcüstanda məktəblilərin qış tətilinin müddəti uzadılır Ria24.az Tbilisidəki “Privat klinika” uşaq xəstəxanasının təcili tibbi yardım şöbəsinə qrip virusu və oxşar xəstəliklərə yoluxma halları ilə müraciət edənlərin sayı iki dəfədən çox artıb.

Bu barədə “Birinci kanal” televiziyasına xəstəxananın rəhbəri Yekaterina Çxartişvili məlumat verib.

Onun sözlərinə görə, klinika xəstələrlə dolub və həkimlər fövqəladə rejimdə işləyirlər. Bəzi xəstələr ilkin tibbi yardım göstərildikdən sonra evlərinə göndərilirlər. Amma klinikaya müraciət edən xəstələrin 4-5 faizi xəstəxanada qalıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda qrip virusu yayılmaqda davam edir. Virusa yoluxanların böyük əksəriyyətində donuz qripi aşkarlanıb. Yanvarın 8-də 22 yaşlı qadın da qrip virusundan dünyasını dəyişib.

Bununla da donuz qripindən ölənlərin sayı 10 nəfərə çatıb. Tbilisidəki 5 xəstəxana yanvarın 8-dən fövqəladə rejimdə işləyir.

Səhiyyə və Təhsil nazirlikləri məktəblilərin qış tətilinin müddətinin uzadılması barədə təkliflər hazırlayır.

Mütəxəssislərin fikrincə, məktəblilərin qış tətilinin müddəti qeyri-müəyyən müddətədək uzadılacaq.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up