Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

"Donuz qripi"nə qarşı vaksin yoxdur"- Nazirlik

11-01-2019, 16:12
Ana Səhifə » Gündəm » "Donuz qripi"nə qarşı vaksin yoxdur"- Nazirlik
Ria24/az "Bu gün Azərbaycanda "donuz qripi" (H1N1) yoxdur".

Bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, mətbuat orqanları bu məsələdə diqqətli olmalıdır: "Qonşu ölkələrdə "donuz qripi"nin olması bildirilir. Əgər ölkə ərazisində bu virus kütləvi şəkildə yayılarsa, səhiyyə orqanları bunun qarşısını almaq ixtiyarındadır. Bu qripə qarşı heç bir vaksin yoxdur".

İ.Ağayev qeyd edib ki, qriplə xəstələnmə hər zaman olub, bundan sonra da olacaq: "Hər bir insan özünün həkimi olmalıdır. Qrip mövsümi xəstəlik olduğu üçün havalar soyuyanda xəstəliyin yayılması təbiidir. Bundan qorunmaq üçün də insanlar diqqətli olmalı, qoruyucu maskalardan mütləq istifadə olunmalıdır".

O əlavə edib ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz: "Nazirliyin deposu tərəfindən kiməsə və ya harasa dərman preparatları verilməyib. Yəni "donuz qripi" ilə bağlı vaksin yoxdur və kiməsə də nəsə verilməyib".

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up