Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Komitə sədri Kosa ilə yumurta döyüşdürdü- FOTO

18-03-2019, 17:40
Ana Səhifə » Gündəm » Komitə sədri Kosa ilə yumurta döyüşdürdü- FOTO
Komitə sədri Kosa ilə yumurta döyüşdürdü- FOTO Ria24.az
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda – vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirib.

Bayram tədbiri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsinə baş çəkməsi ilə başlayıb.

Dövlət Komitəsinin sədri qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Bütün müraciətlər qeydə alınıb. Sonra qəsəbədə yaşayan Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün, ahıl qadın Pakizə Məmmədovanın mənzilinə baş çəkilib, ailənin problemi ilə yerindəcə maraqlanılıb. P.Məmmədovanın oğlu Cahid Məmmədovun məşğulluqla bağlı müraciətinə baxılacağı və müvafiq tədbir görüləcəyi bildirilib.

Dövlət Komitəsinin sədri sonra Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün Ceyhun Cəlilovun toyunda iştirak edib, yeni ailə quran gənclərə xeyir-dua verib.

Daha sonra rəsmi qonaqlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri başlayıb. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, MKSİF-in direktoru, millət vəkili Mahir Abbaszadə, Milli Məclisin deputatı Qənirə Paşayeva, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları iştirak edib. Qəsəbədə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş olunub. Tərtər və Ağdam rayonlarının mədəniyyət işçiləri çıxışlar edib, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə tədbiri şənləndirib.

Tədbir iştirakçıları Qarabağ mətbəxinin Novruz təamlarına – plov, səməni halvası, şəkərbura, paxlava, qovurğa və s.-yə qonaq edilib.

İşğaldan azad edilmiş torpaqda bayram tonqalları qalanıb.

Bayram şənliyi Bakıdan gəlmiş muğam ustalarının konserti ilə başa çatıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up