Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycanda balıq ovunun kvotası niyə azaldıldı? -Nazirlik rəsmisi AÇIQLADI

25-03-2019, 14:00
Ana Səhifə » Gündəm, Aktual » Azərbaycanda balıq ovunun kvotası niyə azaldıldı? -Nazirlik rəsmisi AÇIQLADI
Azərbaycanda balıq ovunun kvotası niyə azaldıldı? -Nazirlik rəsmisi AÇIQLADI Ria24.az Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycanda çaylarda, göllərdə balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota kəskin azaldılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Unikal.org-a çaylarda və göllərdə balıq ovu kvotasının kəskin azaldılmasının səbəblərini açıqlayıb: Hikmət Əlizadə öncə qeyd edib ki, 29 dekabr 2017-ci ildən balıq ehtiyatlarının kvotası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir:

“Əvvəlki illərdə belə bir prosedur yox idi. Artıq sözügedən ildən aidiyyatı qurumların rəyi əsasında balıq ehtiyatlarının kvotası müəyyənləşdirilir və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Hər il kvota təsdiqlənəndə son 3 il ərzində balıq ehtiyatlarının mənimsənilməsi nəzərdə tutulur. Tutaq ki, hansısa fiziki şəxs 1 ton balıq tutmaq üçün icazə alır. Amma gedib 500 kiloqram tutub. Təbii ki, sözügedən şəxs 1 tondan az istifadə edib. Bu hesabla ümumi 3 illik balıq ehtiyatlarının mənimsənilməsi əsas götürülür, orta bir rəqəm çıxarılır və ona uyğun kvota müəyyənləşir. Son illərdə götürülən kvota tam mənimsənilmədiyi üçün bu qərar verilib”. Nazirlik rəsmisi bildirib ki, son illərdə Xəzər Dənizində balıq ehtiyatları xeyli azalıb: “Buna görə də, kvotanın miqdarı mənimsəmə səviyəsində müəyyən edilibdir. Söhbət sənaye balıq ovundan gedir. Həvəskar balıq ovundan yox”.

Hikmət Əlizadə deyib ki, qanunvericilikdə göstərilib ki, hər bir şəxs həvəskar balıq ovu ilə məşğul ola bilər: “Yəni, hər bir vətəndaş 5 kiloqrama qədər icazə verilən tilovlardan istifadə etməklə balıq tuta bilər. Sənaye balıq ovunda isə konkret bir rəqəm yoxdur. Son illərin statistikası göstərir ki, bu hüquqdan 90-95 faiz hüquqi şəxslər (şirkətlər) yararlanır. Fiziki şəxs kimi, çox az sayda sənayə balıq ovu ilə məşğul olmaq üçün müraciət edir”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up