Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Onkoloji diaqnozları ciddiyə almayın” - Deputat çağırış etdi

15-04-2019, 10:00
Ana Səhifə » Gündəm » “Onkoloji diaqnozları ciddiyə almayın” - Deputat çağırış etdi
“Onkoloji diaqnozları ciddiyə almayın” - Deputat çağırış etdi Ria24.az Deputat Fazil Mustafa Azərbaycanda onkoloji xəstəlik diaqnozu qoyulan insanlara müraciət edib.

Bu barədə sosial şəbəkədə yazan F. Mustafa xəstələrə bu diaqnozları ciddiyə almamağı tövsiyə edib:

"Uzaq qohumlardan bir xanım var. Bəlkə də15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu quyublar və hər il bədəninə ximya yeridirlər. Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki,onkologiyaya aid heç bir problemi olmayıb.

Sadəcə illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və keyfi xeyli yaxşılaşıb. Ona görə də Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar. Bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up