Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

ÜST qızılca ilə bağlı qorxulu statistika açıqladı

16-04-2019, 17:00
Ana Səhifə » Gündəm, Aktual » ÜST qızılca ilə bağlı qorxulu statistika açıqladı
ÜST qızılca ilə bağlı qorxulu statistika açıqladı Ria24.az Dünya üzrə qızılcaya tutulma halları 2019-cu ilin ilk üç ayı ərzində (ötən ilin ilk üç ayı ilə müqayisədə – red.) üç dəfə artıb.
BBC-nin məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat dərc edib.
ÜST qızılcaya tutulma hallarında artımın dünyanın bütün regionlarında müşahidə olunduğunu bildirir.
Ən yüksək artım Afrikada müşahidə olunur. Burada ötənilki göstəricilərlə müqayisədə, 2019-cu ilin ilk rübündə qızılca diaqnozu qoyulmuş xəstələrin sayı 700 faizə qədər artıb.
Ölkələrə gəlincə, virusa tutulma halları daha çox Ukrayna, Madaqaskar və Hindistanda qeydə alınıb (hər bir milyona on minlərlə xəstə).
Agentlik faktiki rəqəmlərin daha yüksək olduğuna əmin edir, belə ki, hesablamalara görə, hər 10 yoluxma halından yalnız biri statistikaya düşür. Qızılca yüksək yoluxuculuq qabiliyyəti olan viruslu xəstəlikdir, sağlamlıqda ciddi fəsadlara yol açır, ağır hallarda ağciyərləri və beyni zədələyə bilir.(oxu.az)

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up