Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Alış-verişi mobil telefonla ödəmək mümkün olacaq

24-04-2019, 14:40
Ana Səhifə » Gündəm, MARAQLI » Alış-verişi mobil telefonla ödəmək mümkün olacaq
Alış-verişi mobil telefonla ödəmək mümkün olacaq Ria24.az Bu ilin ortalarına Bakının iri ticarət obyektlərində alış-veriş edərkən mobil telefon vasitəsilə təmassız ödəniş texnologiyasından istifadə etmək mümkün olacaq.

Bu barədə Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib.

MHM-dən qeyd ediblər ki, hazırda bu istiqamətdə aparılan bəzi texniki işlər artıq tamamlanıb: "Təmassız ödənişləri mobil telefonda quraşdırılan "SmartPay" əlavəsi vasitəsilə aparmaq mümkün olacaq".

Qeyd edək ki, ilkin olaraq bu yenilik Naxçıvan Muxtar Respublikasında sınaqdan keçirilib.

Ümumilikdə, "SmartPay" ödəniş sistemi kommunal, stasionar və mobil telefoniya, internet, kabel televiziyası və digər xidmətlərin ödənişləri üçün nəzərdə tutulub. Hazırda ölkə üzrə "SmartPay" ödəmə nöqtələrinin sayı 2 mindən artıqdır ki, onların 1,1 mini poçt şöbələrinin payına düşür. "SmartPay" terminalların (köşklərin) ümumi sayı 50-dən çoxdur.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up