Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto

12-06-2019, 14:40
Ana Səhifə » Gündəm » Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto
Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto Ria24.az Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-cu il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Asiya.info bildirir ki, "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilir. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib. Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərə xəbərdarlıq edib. Zərərçəkmişin digər vəkili də istənilən cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib. Proses iyunun 18-də davam etdiriləcək. Prosesdən sonra "Xocalı" idman klubunun üzvləri məhkəmənin qarşısında toplaşaraq, Ehram Məcidova azadlıq tələb ediblər.
Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.
Sonda Vəkil Ceyhun Yusifov Ehram Məcidovu yüksək səslə təhqir etdi və bildirdi ki, nə olsun dünya çempionusan, İstər Milli Qəhrəman ol, Milli Qəhrəman kimdir ki? Başı xarab idmançısan! O, hətta idmancıları da təhqir etdi.
Nuranə Abdullayeva

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up