Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Hava daha da sərinləşəcək

10-07-2019, 17:40
Ana Səhifə » Gündəm » Hava daha da sərinləşəcək
Hava daha da sərinləşəcək Ria24.az İyulun 12-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi, havanın daha da sərinləşəcəyi gözlənilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyul ayının birinci ongünlüyündə havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir:

"Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. İyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır, buna görə də dənizdə istirahət zamanı diqqətli olun. Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər".

U.Tağıyeva əlavə edib ki, respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up