Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Qurban bayramı yarmarkaları bu ünvanlarda keçiriləcək -SİYAHI

6-08-2019, 16:40
Ana Səhifə » Gündəm » Qurban bayramı yarmarkaları bu ünvanlarda keçiriləcək -SİYAHI
Qurban bayramı yarmarkaları bu ünvanlarda keçiriləcək -SİYAHI Ria24.az Qurban bayramı ilə əlaqədar təşkil ediləcək “Kənddən Şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Unikal.org-a verilən məlumata görə, aşağıdakı ünvanlarda yarmarkalar təşkil ediləcək.

Bakı şəhəri üzrə:

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi (“White palace” şadlıq sarayının yanı)

Binəqədi rayonu, Xocasən-Biləcəri-Binəqədi yolu, 10 May küçəsi (dörd yol)

Nizami rayonu, M.Əliyev kücəsi ilə O.Vəliyev küçəsinin kəsişməsindəki ("Milord" şadlıq evinin yanı)

Nərimanov rayonu, Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Qarabağ mehmanxanasının söküntü sahəsi.

Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, Heyvan kəsimi məntəqəsinin həyəti

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72

Suraxanı rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin həyəti

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V” yaşayış sahəsində yerləşən "Günəş” ticarət mərkəzinin həyəti

Səbail rayonu, 20-ci sahə, “Aylı Gecə” restoranının həyəti

Səbail rayonu, Gülbala Əliyev küçəsi, Beton zavodunun arxa hissəsi

Xətai rayonu, Zığ yolu 5, "Nargilə" kafesinin yaxınlığı

Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Bakı avtomagistralının sağ tərəfi, "Şaurma” kafesi və "Embawood" mağazaları arasındakı ərazi

Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağ tərəfi, lambir müəssisəsinin yanı

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının ərazisi

Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 7-ci binanın yan tərəfi

Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 31a, Dairəvi yolun kənarı

Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 5, "Qismət" şadlıq sarayının qarşısı

Abşeron üzrə:

Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi 26, "Qaraj" restoranının yanı

Xırdalan şəhəri, Qalibiyyə küçəsi 12, Təzə bazarın girişi

Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ilə Qaçaq Nəbi küçəsinin kəsişməsi, "Araz" Marketin yanı

Saray qəsəbəsi, Bakı-Quba yolu, DYP postunun yanı, "Araz" Marketin həyəti

Məmmədli qəsəbəsi, "Göyqurşağı" yaşayış kompleksi, "Araz" Marketin yanı

Regionlar üzrə:

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A, Heyvan bazarının yanı

Göygöl rayonu, Qızılca kəndi, Heyvan bazarının yanı

Mingəçevir şəhəri, Heydər Əliyev pr. 53, "Mingəçevir bazar" ASC-nin yanı

Şamaxı şəhəri, Göylər kəndi yolu, Heyvan bazarının yanı

Qəbələ şəhəri, Nizami küçəsi 8

Quba şəhəri, Nügədi yolu 2-ci km, "Dəvədabanı" yaşayış massivi

Qeyd edək ki, 12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. “Kənddən Şəhərə” satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır. Bu problemlə üzləşməmək üçün vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up