Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Külək Azərbaycan Dövlət Musiqili Teatrının binasının damını uçurdu -VİDEO

6-08-2019, 18:00
Ana Səhifə » Gündəm, Hadisə » Külək Azərbaycan Dövlət Musiqili Teatrının binasının damını uçurdu -VİDEO
Külək Azərbaycan Dövlət Musiqili Teatrının binasının damını uçurdu -VİDEO Ria24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xətti”nə Bakı şəhərində güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı müxtəlif xarakterli müraciətlər daxil olub.

FHN-dən verilən məlumata görə, ötən gün nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər.

Belə ki, Bakı şəhər Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb. Hadisə yerinə gedən xilasedici qruplar təhlükəsizlik qaydalarına riayət etməklə ağacların qırılmış hissələrini doğrayaraq kənara çəkib və vətəndaşların təhlükəsiz hərəkətini təmin ediblər.

Bundan əlavə, paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət Musiqili Teatrının binasının damında dəmir şiferin qopması nəticəsində bina sakinləri üçün təhlükəli vəziyyət yaranıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir şiferi kəsib kənarlaşdıraraq vətəndaşların təhlükəsizliyini təmin ediblər.

Həmçinin, Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının damında külək nəticəsində alkaponun bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması bina sakinlərinin həyatı üçün təhlükə yaradıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri 7 mərtəbəli yaşayış binasının damına çıxaraq alkaponu kəsib kənarlaşdıraraq təhlükəsizliyi təmin ediblər.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up