Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Dünən Bakıda temperatur iqlim normasından yuxarı olub - Nazirlik

23-08-2019, 11:40
Ana Səhifə » Gündəm » Dünən Bakıda temperatur iqlim normasından yuxarı olub - Nazirlik
Dünən Bakıda temperatur iqlim normasından yuxarı olub - Nazirlik Ria24.az “Dünən Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 3 dərəcə yuxarı olub”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, bu gün də temperaturun iqlim normasından yuxarı olacağı gözlənilir: “Avqust ayının ilk yarısında şimal və şimal-qərb küləklərinin əsməsi ilə əlaqədar nisbətən sərin hava şəraiti müşahidə olunurdu. Avqustun 16-dan başlayaraq cənubdan isti hava axınlarının ölkə ərazisinə daxil olması ilə əlaqədar temperaturun yüksəlməsi müşahidə olunur. Hazırda ölkə ərazisində günəşli, yağmursuz və isti hava şəraiti hökm sürür”.
A.Verdiyev deyib ki, isti hava şəraiti avqustun 23-24-də də davam edəcək.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up