Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Partiya mitinq qərarı verdi - Meriyaya müraciət olunacaq

6-09-2019, 18:00
Ana Səhifə » Gündəm » Partiya mitinq qərarı verdi - Meriyaya müraciət olunacaq
Partiya mitinq qərarı verdi - Meriyaya müraciət olunacaq Ria24.az Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi qərargahında Partiyanın rayon, şəhər təşkilatlarının, qadınlar, gənclər təşkilatlarının sədrləri ilə birgə idarə heyətinin geniş iclası keçirilib.

MMP mətbuat xidmətindən verilən məlumata görə, iclasda ölkə yaranmış ictimai siyasi vəziyyət, Dağlıq Qarabağ ətrafında yaranmış son durum geniş şəkildə müzakirə edilib.
3 saata yaxın cəkən müzakirədə qərara alınmışdır ki, sentyabr ayının 22 də saat 16-00 dan-18-00 kimi Bakı şəhərində mitinq üçün nəzərdə tutulmuş yerlərin birində on min nəfərlik mitinq keçirililsin.Bu barədə sentyabrın 9 da Bakı şəhər İcra hakimiyyətinə rəsmi müraciət olunacaq.Mitinqin izdihamlı alınması üçün mitinq komitəsi yaradılmış,komitəyə partiyanın nüfüzlü üzvləri, rayon,şəhər təşkilatlarının sədrləri ,qadınlar,gənclər təşkilat sədrləri daxil edilib.

İdarə heyəti partiya sədrinə səlahiyyət vermişdir ki, bu ərəfədə Azərbaycanda fəaliyyət göstərən Partiya sədrləri ilə görüşlər keçirilsin və onlarla 22 sentyabr mitinqində iştirak etmələri barədə danışıqlara başlasın.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up