Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Bu, son 5 ildə YAP və müxalif siyasi partiya rəhbərlərinin qatıldığı ilk tədbir idi”

11-09-2019, 15:00
Ana Səhifə » Gündəm, Tədbirlər » “Bu, son 5 ildə YAP və müxalif siyasi partiya rəhbərlərinin qatıldığı ilk tədbir idi”
“Bu, son 5 ildə YAP və müxalif siyasi partiya rəhbərlərinin qatıldığı ilk tədbir idi” Pənah Hüseyn: “Lakin bunu iqtidar-müxalifət formatlı tədbir kimi dəyərləndirmək doğru deyil”

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.

Maraqlıdır, gələcəkdə də ölkəmizin taleyüklü problemlərinin iqtidar və müxalifət tərəfindən birgə müzakirəsi həyata keçirilməlidirmi? Bu cür müzakirələr ölkəmizin maraqları baxımından nə dərəcədə faydalıdır?

AXP sədri Pənah Hüseyn tədbirin önəmini qeyd etməklə yanaşı, bunu iqtidar-müxalifət formatlı görüş kimi dəyərləndirməyin də doğru olmadığını vurğuladı:

“Bu, Ana Vətən Partiyasının təşkilatçılığı ilə baş tutan tədbir idi. Bizi də Ana Vəətn Partiyası bu tədbirə dəvət etmişdi. Biz də bu dəvəti qəbul etdik. Burada YAP- sədrinin müavini - icra katibi Əli Əhmədov da iştirak edirdi. Ola bilsin ki, məhz buna görə tədbirdə iqtidar və müxalifətin birgə iştiakçılığından danışılır. Lakin tədbirdə həm də QHT-lər, media qurumları, müstəqil ekspertlər də iştirak edirdi. Ona görə də bunu iqtidar-müxalifət formatlı tədbir kimi dəyərləndirmək, bundan irəli gedən nəticələr çıxarmaq məncə o qədər də düzgün olmaz. Hərçənd ki, bu, son 5 ildə YAP rəhbərliyinin və bəzi müxalifət partiya rəhbərlərinin qatıldığı ilk tədbir idi.

Lain bir daha qeyd edirəm ki, bu, Ana Vətən Partiyasının təşkilatçılığı ilə keçirilən bir tədbir idi və biz də digər dəvətlilər kimi bu tədbirdə iştirak edirdik”.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up