Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Pedaqoji ixtisaslar üzrə təcrübələrin eyni vaxtda başlaması ciddi sıxlıq yaradır” –Rektor

11-09-2019, 15:40
Ana Səhifə » Gündəm » “Pedaqoji ixtisaslar üzrə təcrübələrin eyni vaxtda başlaması ciddi sıxlıq yaradır” –Rektor
“Pedaqoji ixtisaslar üzrə təcrübələrin eyni vaxtda başlaması ciddi sıxlıq yaradır” –Rektor Ria24.az “Pedaqoji təcrübə zamanı bəzi problemlər ortaya çıxır”.

Bunu təhsil işçilərinin respublika konfransında çıxışı zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə təsdiq edilmiş ali təhsil ixtisaslarının dövlət standartına və tədris planlarına görə, Bakıdakı bütün ali məktəblərin pedaqoji ixtisasları üzrə təcrübələr eyni vaxtda başlayır, bir neçə min tələbə Bakının məktəblərinə, xüsusilə şəhərin mərkəzindəki orta məktəblərə gedir və ciddi sıxlıq yaranır: “Məktəblərin mövcud infrastrukturu və kadr potensialı nəzərə alınmadan normadan artıq yüklənmə nəticəsində pedoqoji təcrübənin keyfiyyəti aşağı düşür. Bəzən tələbələr pedaqoji təcrübə zamanı ancaq bir sinifdə sınaq dərslərini keçirlər. Tələbələrin sınaq dərslərini müxtəlif yaş qruplarındakı siniflərdə keçmək imkanına malik olması arzuolunandır. Tələbələrin sınaq dərslərində ixtisas müəllimləri ilə yanaşı, məktəb rəhbərliyinin də iştirak etməsi, təcrübə nəticələrinin məktəbin pedoqoji şurasında müzakirə olunması, tələbələrin yalnız sınaq dərsləri ilə deyil, məktəbin idarəolunması işində fəal iştirak etməsinə rəvac verilməsi təklif olunur”. Rektor bildirib ki, Bakı məktəblərinin pedaqoji təcrübə imkanlarını nəzərdən keçirməklə hansı məktəbdə hansı ixtisas üzrə nə qədər tələbənin təcrübə keçə biləcəyinin limitləşdirmək zəruridir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up