Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

İranda qrip infeksiyası yayılıb

30-11-2019, 12:30
Ana Səhifə » Gündəm » İranda qrip infeksiyası yayılıb
İranda qrip infeksiyası yayılıb Ria24.az İranda bu il qrip daha da aktivləşib və bir çox şəhəri əhatə edib.

İSNA xəbər agentliyi məlumat verir ki, ölkədə qripin yayılmasının ilk dalğasından bu yana təxminən üç həftə keçib.

İran Səhiyyə Nazirliyi İnfeksion Xəstəlikləri İdarəetmə Mərkəzinin rəhbəri açıqlamasında bildirib ki, 3915 növ müxtəlif tənəffüs xəstəliyi hadisəsi mərkəzə bildirilib ki, bunlardan 342-si qrip olub.

Ötən həftə İranda qripdən 15 nəfər ölüb.

Həkimlərin tövsiyəsinə görə, qripdən qorunmaq üçün təmizliyi riəayət etmək, tez-tez əlləri yumaq, asqıranda salfetlərdən istifadə etmək və dərhal zibil qutusuna atmaq lazımdır.

Eləcə də xəstəli əsnasında antibiotiklərin və deksametazon kimi kortikosteroid dərmanların qəbulu qadağandır.

Bu xəstəlik bir növ virus infeksiyasıdır ki, sadə asetaminofenlərdən istifadə və evdə istirahət etməklə müalicə oluna bilər.

Qripin ən vacib əlamətləri burun axması, qızdırma və bədən ağrısıdır ki, xəstə yataqda dincəlmək və sitrus meyvələrin şirələrindən istifadə etməklə yaxşlaşa bilər və əgər xəstəliyi 3-5 gündən artıq uzanarsa, mütləq həkimə müraciət etməlidir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up