Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar...

14-12-2019, 17:40
Ana Səhifə » Gündəm, Hadisə » Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar...
Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar... Ria24.az Bakıda 36 min manat dəyərində saatların oöurlandığı mağaza ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məxsus olub.

BakuPost xəbər verir ki, hadisə İzmir küçəsindəki VMF-2 salonunda baş verib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumat yayıb. Məlumata görə, dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Araşdırma aparılır.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up