Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirildi

12-02-2020, 11:40
Ana Səhifə » Gündəm, Aktual » Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirildi
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirildi
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirildi


Ria24.az Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsi istiqamətində əməkdaşlığını davam etdirir.

BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən verilən məlumata görə, sonuncu çatdırılmada Hepatit C müalicəsi üçün iki növ, İİV (İnsanda İmmunçatışmazlığı Virusu) üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ Səhiyyə Nazirliyinə təhvil verilib.

Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirilir.

Layihənin məqsədi həyatı xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Bu layihə hökumətin İİV/QİÇS (İnsanda İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu), Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinin təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Bildirilib ki, hökumətlə bu uğurlu əməkdaşlığı nəzərə alaraq, adıçəkilən dərman vasitələrinin BMT İP tərəfindən satın alınması və ölkəyə gətirilməsi işi davam etdirilir.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up