Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Seçkidən narazı qalanlar mitinq üçün yenidən BŞİH-nə müraciət edəcək

14-02-2020, 12:30
Ana Səhifə » Gündəm » Seçkidən narazı qalanlar mitinq üçün yenidən BŞİH-nə müraciət edəcək
Seçkidən narazı qalanlar mitinq üçün yenidən BŞİH-nə müraciət edəcək
Seçkidən narazı qalanlar mitinq üçün yenidən BŞİH-nə müraciət edəcək

Ria24.az Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər fevralın 16-da mitinq keçirmək üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək.

Bu barədə APA-ya açıqlamasında deputatlığa namizəd, mitinq təşkilatçılarından Ruslan İzzətli bildirib.

R. İzzətli deyib ki, birgə toplantıda BŞİH-nin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsi təklifi qəbul edilməyib: “Biz fevralın 16-da Bakıda mərkəzi meydanlardan birində mitinq keçirilməsi üçün yenidən BŞİH-nə müraciət edəcəyik”.

Xatırladaq ki, bundan əvvəl Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi.

BŞİH-nın dünən mitinqin təşkilatçıları İlqar Məmmədov, Ruslan İzzətli, Fərhad Mehdiyev, Fərəc Kərimov və Günel Səfərovaya göndərdiyi cavab məktubunda bildirilib ki, əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up