Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Bakıda bəzi sürüşmə əraziləri aktivləşdi

4-12-2018, 17:00
Ana Səhifə » Hadisə » Bakıda bəzi sürüşmə əraziləri aktivləşdi
Bakıda bəzi sürüşmə əraziləri aktivləşdi Ria24.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıdakı sürüşmə əraziləri ilə bağlı mövcud vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, Bayıl və "Teleqüllə" sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib. Badamdar sürüşmə sahəsi - istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr və yeni çatlar qeydə alınıb. Hazırda ərazidə gərgin vəziyət saxlanılmaqdadır.

Səbail rayonunda "Buxta küçəsi" sahədə quraşdırılmış mayaklarda çatlar müşahidə edilib və prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Suraxanı rayonunda Əhmədli - Günəşli arası sürüşmə sahəsində isə aktivlik qeydə alınmayıb. Ancaq "Zığ-1" sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında nisbi aktivlik müşahidə olunub. Nisbi aktivlik həmçinin Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Nübar qəsəbəsindəki sahədə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında qeydə alınıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up