Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Bakıda falçı qadın saxlanılıb - FOTO

12-01-2019, 18:00
Ana Səhifə » Hadisə » Bakıda falçı qadın saxlanılıb - FOTO
Bakıda falçı qadın saxlanılıb - FOTO Ria24.az Falçı qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu qəsəbəsində yaşayan bir qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə müraciət edərək 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin, ümumilikdə, ondan fala baxmaq adı ilə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.

Məlumat daxil olan kimi 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.

Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etiraf edib. Onun barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Gördüyünüz bu şəxsin fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu rayon Polis idarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up