Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycanda 131 şagird və tələbə həbsOLUNDU

15-04-2019, 14:20
Ana Səhifə » Hadisə » Azərbaycanda 131 şagird və tələbə həbsOLUNDU
Azərbaycanda 131 şagird və tələbə həbsOLUNDU Ria24.az Ötən il Azərbaycanda məhkum olunan ali təhsilli şəxslərin rəsmi sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci ildə məhkum olunmuş şəxslərdən 1251 nəfəri ali, 9508 nəfəri tam orta və orta ixtisas, 1674 nəfəri digər təhsil dərəcəsi olanlardır.
Bundan əlavə, 131 nəfər şagird və tələbə məhkəmənin qərarı ilə həbs olunub.

Qeyd edək ki, ötən il birinci instansiya məhkəmələrində baxılan işlər nəticəsində məhkum olunanların sayı 12433 nəfər olub. 6374 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilib. 2216 nəfər 2 ilə qədər, 2752 nəfər 2 ildən 5 ilə qədər, 1031 nəfər 5 ildən 10 ilə qədər, 375 nəfər 10 ildən 20 ilə qədər azadlqdan məhrum olunub. 141 nəfər ictimai işlər üzrə, 1247-si isə islah işləri üzrə cəzalandırılıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up