Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü -Avrasiya Hospitalında

12-06-2019, 17:20
Ana Səhifə » Hadisə » Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü -Avrasiya Hospitalında
Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü -Avrasiya Hospitalında Ria24.az Azərbaycan Dövlət Tibb Universitetinin müəllim, pediatr Sədaqət Şahsuvarova vəfat edib.

65 yaşlı həkim Avrasiya Hospitalında etdirdiyi liposeksiya əməliyyatından 4 gün sonra ölüb.

Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında, pasiyentinin ölümündə günahkar olmadığını bildirdi:

"Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi.

Hazırda araşdırma gedir. Ölüm səbəbi qanda səbəbi bilinməyən infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş.

Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub".

V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirdi: "Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik".

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up