Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Ayağını pəncərədən çıxaran sürücünün vəsiqəsi əlindən alındı - VİDEO

13-07-2019, 17:00
Ana Səhifə » Hadisə » Ayağını pəncərədən çıxaran sürücünün vəsiqəsi əlindən alındı - VİDEO
Ayağını pəncərədən çıxaran sürücünün vəsiqəsi əlindən alındı - VİDEO Ria24.az Azərbaycandakı magistral yollardan birində “Mersedes Vito” markalı mikroavtobusun sürücüsünün təhlükəli hərəkətləri ilə bağlı araşdırma yekunlaşıb.

Bu barədə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, 99-RB-822 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü saxlanılıb:

“Məmmədov Anar Vidadi oğlu bu gün Mingəçevir şəhər məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Sürücünün 20 gün inzibati həbs olunması və bir illik sürücülük vəsiqəsindən məhrum edilməsi qərarı çıxarılıb”.

Xatırladaq ki, bir neçə gün öncə “Mersedes Vito”nun sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobili idarə edib. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up