Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Teymur Rəcəbov 180 min dollarlıq yarışda mübarizəyə başlayır - FOTO

5-05-2020, 17:20
Ana Səhifə » İdman » Teymur Rəcəbov 180 min dollarlıq yarışda mübarizəyə başlayır - FOTO
Teymur Rəcəbov 180 min dollarlıq yarışda mübarizəyə başlayır - FOTO Teymur Rəcəbov 180 min dollarlıq yarışda mübarizəyə başlayır - FOTO

Bu gün mükafat fondu 180 min dollar olan Millətlər Kuboku adlı onlayn şahmat turniri start götürür.

Bu yarışda Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək.

O, “Dünyanın Qalan Hissəsi” (Rest of the World) adı altında çıxış edən yığmada bir nömrəli şahmatçı kimi mübarizə aparacaq. Bu komandanın ilk rəqibi Çin yığması olacaq.

“Dünyanın Qalan Hissəsi”nin kapitanı olan FIDE-nin rusiyalı prezidenti Arkadi Dvorkoviçin Teymur Rəcəbovu ilk turda birinci lövhəyə qoyacağı gözlənilir. Böyük ehtimalla, Teymurun rəqibi Dinq Liren olacaq.


Digər cütlüklərdə Avropa yığması ilə Rusiya, Hindistanla ABŞ qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yarış 10 turdan ibarət olacaq. Komandalar bir-biri ilə iki dəfə qarşılaşacaq. Mayın 10-da ən çox xal toplamış ilk iki komanda “Superfinal”da üz-üzə gələrək qalibi müəyyənləşdirəcək. Partiyaların müddəti 25 dəqiqə olacaq və hər gedişə görə vaxta 10 saniyə əlavə olunacaq.
Baxış Sayı 70

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

create gmail account gmail sign in gmail sign up