Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Güləşçilərimiz Moskvada üçüncü oldular

3-12-2018, 15:00
Ana Səhifə » İdman » Güləşçilərimiz Moskvada üçüncü oldular
Güləşçilərimiz Moskvada üçüncü oldular Ria24.az Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə “Alrosa” kuboku yarışları keçirilib.
“Dinamo” İdman Sarayında təşkil olunan turnirdə Olimpiya çəkilərində çıxış edən güləşçilər komanda yarışlarında güclərini sınayıblar.

Sərbəst güləşçilərin turnirində məşqçi Nazim Əlicanovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidlidən (125 kq) ibarət komanda Gürcüstana qalib gəlib, Rusiya, İran və Özbəkistana uduzub. Bu nəticə ilə yığmamız 4-cü yeri tutub.

Yunan-Roma güləşi üzrə millimizin heyətində Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) yer alıb. Məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun tapşırıqlarını icra edən komandamız Rusiya və Özbəkistana məğlub olub, Gürcüstana isə qalib gəlib. Bu nəticə ilə millimiz “Alrosa” kuboku yarışlarını bürünc medalla başa vurub.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi birinci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev təmsil edib.

Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

Babashov.info
create gmail account gmail sign in gmail sign up